Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, iclasda 14-cü turun mərkəzi qarşılaşması olan "Neftçi" - "Qarabağ" matçındakı (0:3) qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar verilib:
“Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” 800 manat cərimə edilib. "Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” 500 manat cərimə edilib. “Neftçi”nin meydançaya gec çıxması səbəbindən gec başladığına görə klub daha 1500 manat cərimə edilib.
"Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ" 1500 manat cərimə edilib. Həmçinin, "Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ”a xəbərdarlıq edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta