AZ

AFFA “Qarabağ”la “Neftçi”ni azarkeşlərinə görə cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

Arena.az sizi həmin qərarların siyahısı ilə tanış edir:

Azərbaycan Premyer Liqası, 15-ci tur

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 83-cü dəqiqəsində “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Tovuz klubuna xəbərdarlıq edilib.

“Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib.

“Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib.

“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə paytaxt klubu 800 manat cərimə edilib. “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt klubu 500 manat cərimə edilib. Oyun “Neftçi” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə sözügedən klub 1500 manat cərimə edilib. “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam klubu 1500 manat cərimə edilib. “Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Ağdam klubuna xəbərdarlıq edilib.

Əvəzedicilər Liqası, 15-ci tur

“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Araz-Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan komandası 70 manat cərimə edilib. “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə Tovuz komandası 70 manat cərimə edilib.

“Şamaxı-2” – “Kəpəz-2” oyununun fasiləsində “Kəpəz”in cəzalı baş məşqçisi Xaliq Mərdanov komandasının paltardəyişmə otağına daxil olduğuna görə Gəncə komandasına xəbərdarlıq edilib.

Seçilən
2
6
arena.az

10Mənbələr