Bakı. Trend6
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Bloomberg QlobalTicarət Yarışında (Bloomberg Global Trade Challenge 2024) uğurqazanıblar.
Bu il rekord sayda iştirakçının qatıldığı nüfuzlu beynəlxalqmüsabiqədə 396 ali təhsil müəssisəsini təmsil edən 10.240 iştirakçı2453 komandada qələbə uğrunda mübarizə aparıb. Ümumilikdə 46ölkənin qatıldığı və 65.287 ticarət əməliyyatının həyatakeçirildiyi qlobal müsabiqədə, Qafqaz regionundan yalnız AzərbaycanDövlət İqtisad Universiteti (UNEC) yarışa qatılıb.
Beynəlxalq müsabiqədə UNEC 14 komanda ilə dünyanın aparıcıuniverstetlərinin komandaları ilə yarışıb. Yarışda tələbələrBloomberg Terminalında virtual portfellərini idarə edərək, realmaliyyə bazarlarında ticarət apararaq, maksimum gəlir əldə etməyəçalışıblar. 6 həftəlik yarışda UNEC komandası 2453 komandaarasından 32-ci yerə layiq görülüb və regionda ikinci olub!
UNEC-in Bloomberg Maliyyə Laboratoriyasının direktoru SəidəXəlilin rəhbərlik etdiyi qalib komandada Maliyyə və mühasibatfakultəsinin tələbələri - Asiman İsazadə (kapitanı), ZəhraMəmmədzadə və Rəna Məmmədzadə təmsil olunublar.