AZ

UNEC tələbələri Bloomberg Qlobal Ticarət Yarışında regionda 2-ci, dünyada 32-ci olublar

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Bloomberg Qlobal Ticarət Yarışında (Bloomberg Global Trade Challenge 2024) uğur qazanıblar.

Bu il rekord sayda iştirakçının qatıldığı nüfuzlu beynəlxalq müsabiqədə 396 ali təhsil müəssisəsini təmsil edən 10.240 iştirakçı 2453 komandada qələbə uğrunda mübarizə aparıb. Ümumilikdə 46 ölkənin qatıldığı və 65.287 ticarət əməliyyatının həyata keçirildiyi qlobal müsabiqədə, Qafqaz regionundan yalnız Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yarışa qatılıb.

Beynəlxalq müsabiqədə UNEC 14 komanda ilə dünyanın aparıcı universtetlərinin komandaları ilə yarışıb. Yarışda tələbələr Bloomberg Terminalında virtual portfellərini idarə edərək, real maliyyə bazarlarında ticarət apararaq, maksimum gəlir əldə etməyə çalışıblar. 6 həftəlik yarışda UNEC komandası 2453 komanda arasından 32-ci yerə layiq görülüb və regionda ikinci olub!

UNEC-in Bloomberg Maliyyə Laboratoriyasının direktoru Səidə Xəlilin rəhbərlik etdiyi qalib komandada Maliyyə və mühasibat fakultəsinin tələbələri - Asiman İsazadə (kapitanı), Zəhra Məmmədzadə və Rəna Məmmədzadə təmsil olunublar.

Seçilən
2
9
sia.az

10Mənbələr