AZ

Rusiya etdiklərinə görə cavab verəcək - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski kütləvi PUA hücumuna reaksiya verib

Teleqraf.com xəbər verir ki, bu barədə o, Teleqram kanalında bildirib.

“Ruslar Qolodomorun anım günün gecəsi Ukraynaya kamikadze dronlarla kütləvi hücum ediblər. Onların bu gecə hücumu qəsdən törədilmiş terrorun sübutudur. Dronların əksəriyyətini döyüşçülərimiz vurub. Təəssüf ki, hamısını yox. Amma biz hava hücumundan müdafiəmizi gücləndirmək üçün daha da çalışırıq. Biz dünyanı Rusiyanın törətdiklərinə qarşı müdafiədə birləşdirmək üçün çalışmaqda davam edirik. Rusiya dövləti uduzmalıdır. Onlar etdiklərinə görə cavab verəcək”, - Zelenski vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
522
50
teleqraf.com

10Mənbələr