AZ

Rusiya 80 günlük fasiləyə son qoydu: Qanadlı raketlərlə…

Rusiya 79 günlük fasilədən sonra yenidən qanadlı raketlərlə Ukraynanın müxtəlif yaşayış məntəqələrinə hücum edib. 


Sfera.az UNİAN-a istinadən xəbər verir ki, dekabrın 8-də səhər saatlarında rus qoşunları “Tu-95MS” strateji bombardmançı təyyarələrdən istifadə etməklə Kiyevə raket zərbələri endirib. Hava hücumundan müdafiə qüvvələri paytaxt istiqamətində uçan bütün raketləri şəhərə yaxınlaşarkən zərərsizləşdirib. 


Kiyevlə bərabər səhər saatlarında Dnepropetrovsk vilayətinin Pavloqrad və Sinelnikovski rayonlarına da hücumlar olub. Bu hücumlar zamanı Rusiya kamikadze dronlarından istifadə edib. Pilotsuz aparatlardan 5 ədədi vurulsa da bəziləri yaşayış məntəqələrinə düşüb. Nəticədə bir nəfər ölüb, dörd nəfər yaralanıb. Hazırda hər kəs xəstəxanaya çatdırılıb. 


Ukrayna Hərbi Hava Qüvvələrinin “Telegram”da yayımladığı məlumata görə isə ölkənin cənub və şərq bölgələrində saat 06:30-dan başlayaraq hava hücumları qeydə alınıb. 


Ümumiyyətlə, dekabrın əvvəlindən Rusiya kamikadzelərlə, eləcə də idarə olunan raketlərlə Ukraynaya kütləvi hücumlar edir. Bu hücumlarda Rusiya Kiyevi yox, əsasən qərb rayonlarını hədəfə alırlar. 


Vasif

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
473
50
sfera.az

10Mənbələr