1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qarabağ"ın futbolçusu Julio Romao bir həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, braziliyalı oyunçunun müalicəsi bir həftə çəkəcək.
Qeyd edək ki, Julio Romao "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XV turunun matçında zədə alıb.