AZ

Azərbaycanda daha bir məktəbdə qısaqapanma yanğına səbəb oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tovuz şəhər Aleksandr Sergeyeviç Puşkin adına tam orta məktəbdə yanğın baş verib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, yanğına səbəb qısaqapanma olub.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, yanğın məktəbin 3-cü mərtəbəsində naqillərin paylanma qutusunda və kabel xətlərində yaranan qısaqapanma nəticəsində yaranıb.
"Məktəbdə yanğın təhlükəsizliyi ilə bağlı əvvəlcədən görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagird və müəllimlər təhlükəsiz yerə təxliyə ediliblər.
Onların səhhətində hər hansı bir problem yaranmayıb.
Bildiririk ki, təhsil müəssisəsinin elektrik sisteminə ciddi ziyan dəyib. Təhlükəsizliyi və tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, məktəbin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır.
Hazırda müvafiq təhsil sektorunun rəhbərliyi və əməkdaşları təhsil müəssisəsindədirlər", - açıqlamada qeyd olunub.
Xatırladaq ki, bir neçə gün öncə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən məktəbdəXırdalan şəhər V.Y.Musibov adına 5 nömrəli məktəbdə də qısaqapanma nəticəsində yanğın hadisələri baş verib.
Seçilən
21
50
oxu.az

10Mənbələr