AZ

Namibiya tarixində ilk: qadın prezident seçildi

Noyabrın 27-də Namibiyada keçirilən prezident seçkilərində ölkənin hazırkı vitse-prezidenti və hakim Cənub-Qərbi Afrika Xalq Təşkilatının (SWAPO) nümayəndəsi Netumbo Nandi-Ndaitva qalib gəlib. SİA bu barədə Namibiya Seçki Komissiyasının rəsmi bəyanatına istinadla xəbər verir. Seçki komissiyasının məlumatına görə, bütün bülletenlər hesablandıqdan sonra seçkilərdə iştirak edən ölkə vətəndaşlarının 57%-i Nandi-Ndaitvaya səs verib. Müstəqil Namibiyanın tarixində ilk dəfə qadın dövlət başçısı olub. Nandi-Ndaitva digər 14 namizədi geridə qoyub.

Fevral ayında Namibiyanın vitse-prezidenti, prezidentin səlahiyyətlərini icra edən Nangolo Mbumba dövlət başçısı kimi and içib.

O, Xarici İşlər Nazirliyinin rəhbəri Netumbo Nandi-Ndaitvanı yeni vitse-prezident təyin edib. Ölkə lideri Hage Geingob, 4 fevral gecəsi vəfat edib. O, xərçəngdən müalicə olunurdu.

Seçilən
3
3
sia.az

6Mənbələr