Noyabrın 27-də Namibiyada keçirilən prezident seçkilərində ölkənin hazırkı vitse-prezidenti və Cənub-Qərbi Afrikanın hakim Xalq Təşkilatının nümayəndəsi Netumbo Nandi-Ndaitva qalib gəlib.
“Report”un xəbərinə görə, bu barədə Namibiya Seçki Komissiyasının rəsmi bəyanatında bildirilir.
Komissiyanın məlumatına görə, bütün bülletenlər hesablandıqdan sonra seçkilərdə iştirak edən vətəndaşların 57 %-nin Nandi-Ndaitvaya səs verdikləri məlum olub.
Müstəqil Namibiya tarixində ilk dəfə qadın dövlət başçısı olub. Nandi-Ndaitva nəticələrə əsasən digər 14 namizədi qabaqlayıb.
Ötən ilin fevralında Namibiyanın vitse-prezidenti, prezident vəzifəsini icra edən Nanqolo Mbumba, dövlət başçısı kimi and içib. O, Xarici İşlər Nazirliyinin rəhbəri Netumbo Nandi-Ndaitvanı yeni vitse-prezident təyin edib.