AZ

İlon Mask ABŞ-nin iflas riski barədə xəbərdarlıq edib

Amerikalı sahibkar İlon Mask ABŞ-nin mümkün iflas təhlükəsini qiymətləndirərək, ölkənin tədricən maliyyə cəhətdən müflisləşdiyini bildirib...

Poliqon xəbər verir ki, iş adamı X sosial şəbəkə səhifəsində yazıb. Şərh dövlət borcunun artmaqda davam edəcəyi ilə bağlı proqnozlara cavabdır.

“Amerika virtual iflasa yaxınlaşır”, deyə iş adamı sosial şəbəkədəki səhifəsində qeyd edib.

Qeyd edək ki, Konqresin Büdcə Ofisi 2034-cü ilə qədər dövlət borcunun 50,7 trilyon dollara yüksələcəyini proqnozlaşdırır. Bu rəqəm ABŞ ÜDM-nin 122%-nə bərabərdir.

Noyabrın 24-də ABŞ-nn dövlət borcu ilk dəfə 36 trilyon dolları keçib. Nümayəndələr Palatasının komitəsinin təqdimatı, Co Baydenin 2021-ci ildə prezidentliyə başlamasından bəri dövlət borcunun 7,25 trilyon dollar artdığını göstərir.

Poliqon.info

Seçilən
23
1
poliqon.info

3Mənbələr