AZ

İlon Mask ABŞ-nin dövlət borcuna görə iflas riski barədə xəbərdarlıq edib

Amerikalı sahibkar İlon Mask ABŞ-nin dövlət borcunu şərh edərək, ölkənin tədricən maliyyə cəhətdən müflisləşdiyini bildirib. "Amerika faktiki iflasa yaxınlaşır”, – deyə iş adamı "X” sosial şəbəkəsində yazıb.

ABŞ Konqresi 2034-cü ilə qədər dövlət borcunun 50.7 trilyon dollara yüksələcəyini proqnozlaşdırır. Bu rəqəm ABŞ ÜDM-nin 122%-nə bərabərdir. Noyabrın 24-də ABŞ-ın dövlət borcu ilk dəfə 36 trilyon dolları keçib. Nümayəndələr Palatasının hesablamalarına görə, Co Baydenin 2021-ci ildə prezidentliyə başlamasından bəri dövlət borcu 7.25 trilyon dollar artıb. Noyabrın əvvəlində Donald Tramp zarafatla demişdi ki, prezident seçiləcəyi təqdirdə ABŞ-nin dövlət borcunu bitkoinlə ödəyəcək

www.anews.az
Seçilən
1
1
anews.az

3Mənbələr