AZ

Yeni ildə keçiriləcək oyun zamanı əməkdaşlara təqdim edilməsi üçün hədiyyələrin satınalınması - TENDER

“ABB” ASC, Yeni ildə keçiriləcək oyun zamanı əməkdaşlara təqdim edilməsi üçün hədiyyələrin satın alınması üzrə kotirovka sorğusu elan edir.

Fins.az şirkətin kotirovka üzrə tələb və şərtlərini təqdim edir:

Kotirovka sorğusunun elan tarixi: 02.12.2024

Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar öz qiymət kotirovkalarını qapalı zərfdə imzalanmış və ya möhürlənmiş şəkildə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 ünvanında yerləşən “ABB” ASC-nin Baş ofisinə 10 dekabr 2024-cü il saat 17:00-a qədər təqdim etməlidirlər.

Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar iştirak niyyətini bildirmək üçün: Rahib.Huseynguluyev@abb-bank.az və pod@abb-bank.az e-poçt ünvanına şirkətin adını qeyd etməklə “iştirakımı  təsdiq edirəm” mətnini  göndərməlidir.

Kotirovka sorğusu proseduru üzrə zərflərin açılışı 11 dekabr 2024-cü il saat 15:00-da keçiriləcəkdir.

Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün adı qeyd edilmiş “ABB” ASC-nin əməkdaşına (Rahib Hüseynquluyev: (012) 493-00-91, daxili 82-11/82-12, elektron poçt ünvanları: ( Rahib.Huseynguluyev@abb-bank.az  və pod@abb-bank.az) müraciət edə bilərsiniz.                    
    

Zemfira Ms
Fins.az

Seçilən
2
4
fins.az

10Mənbələr