AZ

Nigeriyada korrupsiya əməliyyatı: Yüzlərlə əmlak müsadirə edildi

Nigeriyada İqtisadi və Maliyyə Cinayətləri Komissiyası ölkədəki 753 mülkə həbs qoyulduğunu açıqlayıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qurum tərəfindən verilən bəyanatda müsadirə olunan torpaqların və dəbdəbəli evlərin konkret olaraq kimə məxsus olması barədə məlumat verilməsə də, onların keçmiş yüksək vəzifəli dövlət məmuruna məxsus olduğu bildirilib.

Digər tərəfdən, müsadirə edilən mülklərin Nigeriya Mərkəzi Bankının (CBN) keçmiş sədri, korrupsiya səbəbi ilə vəzifəsindən uzaqlaşdırılan Qodvin Emefieleyə aid olduğu iddia edilir.
 
Xatırladaq ki, Nigeriya prezidenti Bola Əhməd Tinubu 9 iyun 2023-cü ildə Nigeriya Mərkəzi Bankının sədri Emefieleni vəzifəsindən azad edib.
 
Emefiele 20 milyon naira (təxminən 26 min dollar) girov müqabilində sərbəst buraxıldı, lakin məhkəmə çıxışından sonra Nigeriya Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yenidən saxlanılıb.
 
Mikayıl
Seçilən
0
3
azxeber.com

4Mənbələr