AZ

Bu ölkədə korrupsiya əməliyyatı: 753 əmlak müsadirə edilib

Nigeriyada İqtisadi və Maliyyə Cinayətləri Komissiyası (EFCC) ölkədəki korrupsiya əməliyyatlarında paytaxt Abucada 753 mülkə həbs qoyulduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, EFCC tərəfindən edilən yazılı açıqlamada, paytaxtda 753 mülkdən ibarət böyük bir rezidansın ələ keçirildiyi bildirilib.

Məlumatda müsadirə olunan torpaqların və dəbdəbəli evlərin konkret olaraq kimə məxsus olması barədə məlumat verilməsə də, onların keçmiş yüksək vəzifəli dövlət məmuruna məxsus olduğu bildirilib.

Digər tərəfdən, milli mətbuatda yer alan xəbərlərdə müsadirə edilən mülklərin Nigeriya Mərkəzi Bankının (CBN) keçmiş sədri, korrupsiya səbəbi ilə vəzifəsindən uzaqlaşdırılan Qodvin Emefieleyə aid olduğu iddia edilir.

Xatırladaq ki, Nigeriya Prezidenti Bola Əhməd Tinubu 9 iyun 2023-cü ildə Nigeriya Mərkəzi Bankının sədri Emefieleni vəzifəsindən azad etmişdi. 

Emefiele iyunun 10-da xaricə qaçmaq istəyərkən təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı.

Korrupsiya ittihamı ilə vəzifəsindən uzaqlaşdırılan Emefiele iyulun 25-də qanunsuz odlu silah və sursat saxlamaq ittihamı ilə hakim qarşısına çıxarılıb.

Emefiele 20 milyon naira (təxminən 26 min dollar) girov müqabilində sərbəst buraxılsa da, məhkəmə çıxışından sonra Nigeriya Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yenidən saxlanılıb.

Seçilən
6
3
cebheinfo.az

4Mənbələr