AZ

ASAN könüllülərinin sayı 40 mini ötüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə ASAN könüllüləri ilə görüşüb. Dövlət Agentliyinin sədri görüş iştirakçılarına təbriklərini çatdırıb.

“İki sahil” xəbər verir ki,  Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə “ASAN xidmət” mərkəzləri üzrə qeydə alınan 40 mininci könüllü – Fateh Həsənliyə təşəkkürnamə və ASAN İnnovativ İnkişaf Mərkəzinin hədiyyə təlim paketi təqdim edilib.

Sonra il ərzində fəallığı ilə seçilən 67 könüllüyə "İlin ASAN könüllüsü" nominasiyası üzrə təltiflər təqdim olunub.

Tədbir “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı ilə davam etdirilib.

“ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu prosesə 40 mindən çox könüllü gənc qoşulub. Könüllülər tərəfindən 5500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə həyata keçirilib, 3400-dən çox könüllü isə “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Seçilən
30
6
ikisahil.az

7Mənbələr