Qırğızıstan Prezidenti Sadır Japarov Koreya Respublikasına rəsmi səfərə gedib.
AZXEBER.COM \"Report”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan KİV-ləri məlumat yayıb.
S.Japarov ilə Koreya Respublikasının Prezidenti Yun Sok Yol və Milli Assambleyanın spikeri U Von Şik arasında ikitərəfli danışıqların aparılması planlaşdırılır.
Tərəflər Qırğızıstan-Koreya ikitərəfli əməkdaşlığını və onların inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq xarakterli məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
Səfər çərçivəsində Assambleyanın prezidenti və Qlobal İnkişaf İnstitutunun sədri, BMT-nin keçmiş baş katibi Pan Gi Mun ilə görüş keçiriləcək.
Bundan başqa, Qırğızıstan Prezidenti ilə Koreyanın biznes nümayəndələri arasında görüş təşkil olunacaq.