AZ

Fransa parlamenti Baş naziri istefaya göndərib

Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq haqqında qətnamə qəbul edib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Nazirlər Kabinetinə etimadsızlıq səsverməsini 331 deputat dəstəkləyib.

Milli Assambleyanın sədri Yael Bron-Pive bildirib ki, Fransa Konstitusiyasına uyğun olaraq Mişel Barnye istefa ərizəsini ölkə prezidentinə təqdim etməli olacaq.

Seçilən
25
19
aznews.az

10Mənbələr