AZ

Fransa parlamenti Baş naziri istefaya göndərdi - Tarixi qərar

Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamə qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Belə ki, 331 deputat Nazirlər Kabinetinə etimadsızlıq qərarını dəstəklədiyini bildirib. Milli Assambleyanın sədri Yael Bron-Pivet elan edib ki, Fransa Konstitusiyasına uyğun olaraq Barnye istefa ərizəsini respublika prezidentinə təqdim etməli olacaq.

Telekanal bu qərarın tarixi addım olduğunu qeyd edir və Fransa hökumətinin 1962-ci ildən bəri ilk dəfə istefaya getməyə məcbur ediləcəyini bildirir.

Qeyd edək ki, cəmi 3 aydır Baş nazir olan Barniyenin istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcəyi gözlənilir.

Seçilən
30
5
qafqazinfo.az

10Mənbələr