AZ

Uşaqlarda ekoloji şüurun formalaşmasına töhfə verən addımlar atılır

"Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişmələri və onun ətraf mühitə mənfi təsirləridir".

Publika.az xəbər verir ki, bu sözləri Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Rauf Hacıyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda çıxışı zamanı deyib:

"Dünyanın bir sıra ölkələrində baş verən sel və daşqın hadisələri, torpaq sürüşmələri və digər təbiət hadisələrinin coğrafiyası ildən-ilə genişlənməkdədir. Bu da insan sağlamlığı və ətraf canlı aləmə zərərli təsir göstərməklə yanaşı, iqtisadiyyat və bizneslər üçün də ciddi risklər yaratmaqdadır.

Azərbaycan Respublikası iqlim dəyişmələrinə həssas, inkişaf etməkdə olan ölkə, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələri ilə mübarizəyə öz töhfəsini verir. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

Seçilən
5
1
publika.az

3Mənbələr