AZ

Ziraat Bank Azərbaycan VIII Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşı oldu

03-04 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, həmçinin Mastercard-ın qlobal tərəfdaşlığı ilə VIII Beynəlxalq Bankçılıq Forumu (IBF 2024) keçirildi.

 “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” mövzusunda keçirilən forumun rəsmi tərafdaşlarından biri Ziraat Bank Azərbaycan olub.

İki gün davam edən tədbirdə yerli və beynəlxalq maliyyə qurumlarının rəhbərləri və mütəxəssisləri bir araya gələrək maliyyə və bank sektorundakı innovativ həlləri, rəqəmsallaşma proseslərini, ödəniş ekosistemindəki yenilikləri müzakirə ediblər.
 Tədbir maliyyə texnologiyalarında gələcək tendensiyalara dair fikir mübadiləsi üçün geniş platforma yaradıb.

Forumda iştirak edən Ziraat Bank Azərbaycan, tədbirə verdiyi dəstəyə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafata layiq görülüb.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
15
8
banco.az

8Mənbələr