Bakı. Trend:
3-4 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində AzərbaycanBanklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişafvə Nəqliyyat Nazirliyinin dəstəyi, həmçinin Mastercard-ın qlobaltərəfdaşlığı ilə VIII Beynəlxalq Bankçılıq Forumu (IBF 2024)keçirildi.
“Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” mövzusundakeçirilən forumun rəsmi tərafdaşlarından biri Ziraat BankAzərbaycan olub.
İki gün davam edən tədbirdə yerli və beynəlxalq maliyyəqurumlarının rəhbərləri və mütəxəssisləri bir araya gələrək maliyyəvə bank sektorundakı innovativ həlləri, rəqəmsallaşma proseslərini,ödəniş ekosistemindəki yenilikləri müzakirə ediblər.
Tədbir maliyyə texnologiyalarında gələcək tendensiyalara dairfikir mübadiləsi üçün geniş platforma yaradıb.
Forumda iştirak edən Ziraat Bank Azərbaycan, tədbirə verdiyidəstəyə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafatalayiq görülüb.
"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik TürkiyəRespublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsulvə xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 9 filialı, eləcədə rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınFacebook, Instagram, Twitter, Linkedin, YouTube sosial mediahesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edəbilərsiniz.