ABŞ Polşaya silah alınması üçün 4 milyard dollar kredit ayırıb.
Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində bildirib.
Kredit müqaviləsi ABŞ ilə Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində bağlanılıb.
Kosinyak-Kamış qeyd edib ki, bu, Vaşinqtonun ümumi məbləği 11 milyard dollar olan növbəti belə kreditidir.
Qeyd edək ki, ABŞ Polşanın əsas müdafiə tərəfdaşıdır. Varşava ondan F-35 döyüş təyyarələri, hücum helikopterləri, "Patriot" hava hücumundan müdafiə sistemləri alır. \\Report.Az