İranın xarici işlər naziri Abbas Əraqçi Suriyadakı vəziyyəti müzakirə etmək üçün İraqda səfərdədir.
Məlumatı "Mehr” agentliyi yayıb.
Bildirilib ki, dekabrın 6-da Bağdadda İran, İraq və Suriyanın xarici işlər nazirlərinin görüşü olacaq.
Toplantıda Suriyadakı vəziyyət müzakirə ediləcək.