Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 15-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Elvesberq"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. O, 52-ci dəqiqədə sarı vərəqə görüb. 15 turdan sonra aktivində 19 xal olan "Nürnberq" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta