AZ

Mahir “Köln”ə qarşı oynadı, komandası xalsız qaldı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya 2-ci Bundesliqasında növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Emrelinin komandası 16-cı tur çərçivəsində “Köln”ün qonağı olub.

Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir də bu görüşün iştirakçısı olub. Oyuna start heyətində başlayan 27 yaşlı forvard fasilədə əvəzlənib.

Qeyd edək ki, 16 turdan sonra aktivində 19 xal olan “Nürnberq” 18 komanda arasında turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Seçilən
24
3
idmanxeber.az

8Mənbələr