Azərbaycan Milli Məclisi Vətən müharibəsində xalqı birliyə dəvət edərək milli simasını göstərdi, dövlətin ərazi bütövlüyünü təmin etməsinə töhfə verdi.
Bu sözləri “Far.Az”a açıqlamasında Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali deyib.
O qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında dövlətlər səviyyəsində diplomatik münasibətlər artdığı kimi, parlamentlərin də əməkdaşlığı güclənir:
“Bizim müxtəlif ortaq təşkilatlarımız var. Birlikdə TÜRKPA-nın milli komissiyalarında modul qanunlar yaradırıq. Dostluq qruplarımız çox aktiv fəaliyyət göstərirlər. COP29 kimi böyük tədbiri uğurla başa vuran Azərbaycanı təkrar təbrik edirəm və uğurlarına sevindiyimizi bildirirəm”.