Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrə İraqda səfirliklərinin açılması ilə bağlı çağırış edilib.
seher.media xəbər verir ki, bu barədə İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad əs-Salihi Bakıda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında çıxışı zamanı danışıb.
O qeyd edib ki, İraqın TDT-də müşahidəçi üzv kimi iştirakı da vacibdir:
"Bizim ortaq mirasımız olan Füzuli bu dəyərlərin ən gözəl salnamələrindən biridir. Biz Füzulinin Kərbəlada olan məzarının bərpasına çalışacağıq. TDT üzvlərindən İraqda səfirlikləri olmayan ölkələrə səslənirəm, siz də Azərbaycan kimi Bağdadda səfirlik açın".
Mərahim Nəsib