Bir neçə gün əvvəl Suriyada Əsəd rejiminə qarşı hücuma keçən müxalif qüvvələrin Dəməşqə ən yaxın nöqtə olan Homsu ələ keçirməsindən sonra İrandan Əsədə dəstək mesajı gəlib.
“Reuters” agentliyinə danışan və adı açıqlanmayan İran rəsmisi Dəməşq administrasiyasına hərbi texnika, raket və pilotsuz uçuş aparatları PUA göndərə biləcəklərini deyib.
“Çox güman ki, Tehran Suriyaya hərbi texnika, raketlər və pilotsuz uçuş aparatları göndərəcək. İran Suriyadakı hərbi müşavirlərinin sayını artırmaq və daha çox hərbi qüvvə yerləşdirmək üçün bütün lazımi addımları atıb. Tehran hazırda Suriyaya kəşfiyyat və peyk dəstəyi verir” - deyə İran rəsmisi bildirib.
İran və Suriyanın üsyançıların böyük şəhərlərə doğru irəliləməsinin qarşısını almaq üçün birgə hərəkət etdiyini deyən rəsminin sözlərinə görə, Suriya hələ ki, İrandan hərbi qüvvə tələb etməyib: “Hələlik Suriya və Rusiyanın hava zərbələrini gücləndirməsinə qərar verilib№.
Tehranın Əsəd rejiminə hərbi dəstək vermək üçün lazım olan bütün addımları atdığını bildirən rəsmi deyib ki, Tehran və Bağdad müqavimət qrupları və silahlı qüvvələr də daxil olmaqla, ortaq müdafiə layihəsi üzərində işləyir.
TAHİR