"Suriyada Bəşər Əsəd hakimiyyətinin süqutu Rusiyanın Yaxın Şərqdə geosiyasi mövqeyinə zərbə oldu. Bu, Rusiyanın Ukrayna siyasətinə təsirsiz ötüşməyəcək. Qərb Yaxin Şərqdə Rusiyanı Suriyadan çıxartdı. Növbəti mərhələdə Ukraynadan Rusiyanın çıxarılmasıdır". "Olaylar" xəbər verir ki, bunu MCP Başqan müavini Məhəmməd Əsədullazadə deyib: "Əgər, ABŞ Ukraynada Rusiyanın qalib gəlməsinə göz yumarsa, növbəti mərhələdə üçüncü dünya müharibəsi fazsasına daxil olacaq. Çünki, Çinin Tayvana hücumu üçüncü dünya müharibəsinin başlanması deməkdir. Çin Rusiyanın Ukraynada qalib gəlməsində maraqlıdır. Bu halda Qərbin cəsarətsizliyindən istifadə edərək "Hind- Sakit okean" periferyasında ABŞ qarşı hərəkətə keçə bilər. Əgər, Çin Tayvana hücum edərsə, ABŞ seyrçi qalmayacaq və Çinlə hərbi qarşıdurmaya gedəcək. Bu da üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Məhz üçüncü dünya müharibəsinin qarşısını almaq üçün Rusiyanı Ukraynadan çıxarmaqla, bu halda Çinin aqressiv hərəkətliliyinin önləmək olar.
Hazırda baş verənlər üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxara bilmək təhlükəsinə malikdir. Çin Tayvani və Rusiya Ukraynani işğal edərsə, ABŞ və Qərb bloku tənəzzülə uğrayar. Dünyada Rusiya və Çinin başçılıq etdiyi yeni bir qütb meydana çıxar".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31