AZ

Göygöl rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb

Göygöl rayonu üzrə Mediasiya Şurasının üzvü olan Göygöl 1 saylı mediasiya təşkilatı rəsmi olaraq 10 dekabr 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Bu təşkilat “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə tam uyğunluq göstərmiş və Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə təşkilatlar reyestrinə daxil edilmişdir.

QHT.az xəbər verir ki, Göygöl 1 saylı mediasiya təşkilatı Göygöl, Daşkəsən və Şəmkir rayonlarında yaşayan vətəndaşların mübahisələrinin həlli üçün müraciətlərini qəbul edəcək.

Təşkilat haqqında əlavə məlumat:

  • Ünvan: Göygöl rayonu, Hummel küçəsi, Heydər Əliyev Mərkəzi
  • Email: [email protected]
  • Telefon: +994 70 434 41 44

Bu təşkilatın fəaliyyəti bölgə sakinlərinin hüquqi problemlərinin həllinə dəstək olmaq və onların hüquqlarını müdafiə etmək məqsədi daşıyır.

Seçilən
33
14
qht.az

10Mənbələr