AZ

Tələbələr üçün “Kommunikasiya və mediasiya” mövzusunda təlim keçirilib - FOTOLAR

Azərbaycan Texniki Universitetinin Kommunikasiya şöbəsinin və Bakı 19 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə tələbələr üçün “Kommunikasiya və mediasiya” mövzusunda təlim keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov bildirib ki, ölkəmizdə mediasiya prosesinin tətbiqinə 2021-ci ildən başlanılmasına baxmayaraq, qısa müddət ərzində sözügedən istiqamətdə mühüm işlər həyata keçirilib. O, Mediasiya Şurasının yaradılmasını Azərbaycanda həyata keçirilən hüquqi islahatların uğurlu nəticələrindən biri kimi qiymətləndirib və tələbələr üçün təşkil olunan bu kimi tədbirlərin mediasiya institutunun təbliğində vacib rol oynadığını vurğulayıb.

Bakı 19 saylı mediasiya təşkilatının rəhbəri Mehri Rzayeva təlim zamanı mediasiya prosesinin məqsəd və prinsiplərindən, onun tətbiq edildiyi sahələrdən, keyfiyyətli mediasiyanın mükəmməl kommunikasiyanın inkişafındakı rolundan və Mediasiya Şurasının funksiyalarından bəhs edib. O, həmçinin çıxışı çərçivəsində kimlərin mediator ola biləcəyinə də aydınlıq gətirib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Seçilən
35
14
qht.az

10Mənbələr