Müğənni Elnur Məmmədov məclisdə başına gələn hadisədən danışıb.
Milli.Az xəbər verir ki, "İzzət şou"da qonaq olan sənətçi məclislərdən birində əsəbiləşdiyinə görə səsinin batdığını deyib:
"Məclislərin birində belə hadisə yaşadım. Hamı bilir ki, canlı oxumağa qadirəm. Məclisdə işçilərə deyirəm ki, mikrofona səs verin. Necə səhnədə əsəbiləşdimsə, səsim dayandı.Oxumaq istəyirəm, səs çıxmır. Dedim ki, kəsin. Demişəm, toyda canlı oxuyacağamsa, öz musiqiçilərim, işçilərim olacaq. Aparatı idarə edənə deyilir ki, toyu idarə edən mənəmsə, başqa müğənninin səsi çıxmasın".
Milli.Az