Müğənni Elnur Məmmədov məclisdə başına gələn xoşagəlməz hadisəni bölüşüb.
Sənətçi bu haqda “İzzət şou”da söz açıb. O bildirib ki, artıq getdiyi məclislərdə ev sahiblərinə şərt qoyur:
“Məclislərin birində belə hadisə yaşadım: heç bir ev sahibi məndən inciməsin. Hamı bilir ki, canlı oxumağa qadirəm. Məclisdə işçilərə deyirəm ki, mikrofona səs verin. Necə səhnədə əsəbiləşdimsə, səsim dayandı. Oxumaq istəyirəm, səs çıxmır. Dedim ki, kəsin. Demişəm, toyda canlı oxuyacağamsa, öz musiqiçilərim, işçilərim olacaq. Aparatı idarə edənə deyilir ki, toyu idarə edən mənəmsə, başqa müğənninin səsi çıxmasın”. (Axşam.az)