AZ

Hakan Fidan Quterreşlə Suriyadakı vəziyyəti müzakirə ETDİ

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilı BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV-i ölkənin Xarici İşlər Nazirliyindəki (XİN) mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, tərəflər Suriyanın siyasi nizamı və bərpası ilə bağlı fikir mübadiləsi aparıblar.

Həmçinin BMT başda olmaqla, beynəlxalq ictimaiyyətin Suriyada dayanıqlı siyasi keçidin təmin edilməsi, humanitar yardımların çatdırılması və bu ölkənin yenidən qurulması istiqamətində atacağı mümkün addımları dəyərləndiriblər.

Seçilən
31
50
unikal.az

10Mənbələr