AZ

Notr-Dam kilsəsinin bərpasında 460 ton təhlükəli maddədən istifadə edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paris Notr-Dam kilsəsinin damının bərpası zamanı 460 ton qurğuşundan istifadə edilib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Həmkarlar İttifaqının ümumi əmək konfederasiyasının Paris bölməsinin baş katibi Benua Martin bəyan edib.
"Fransızlar və şəhərin qonaqları bilməlidirlər: bərpa işləri zamanı kilsənin damı və qüllələri qurğuşunla örtülüb. Bərpa zamanı insan sağlamlığı üçün təhlükəli olan bu metaldan 460 tona yaxın istifadə edilib. Bu, məsuliyyətsiz seçimdir. Qurğuşun çox təhlükəlidir və həm yenidənqurmada iştirak edən işçilər, həm də ətraf ərazilərin sakinləri və kilsənin ziyarətçiləri üçün risk yaradır", - deyə o qeyd edib.
Qeyd edək ki, dekabrın 8-də Notr-Dam kilsəsi yanğından beş il sonra yenidən istifadəyə verilib.
Seçilən
10
50
oxu.az

10Mənbələr