AZ

Notr-Damın bərpası zamanı kanserogen qurğuşundan istifadə edilib

Paris Notr-Dam kilsəsinin (Notre Dame de Paris) damının bərpası zamanı 460 kq kanserogen qurğuşundan istifadə olunub.

Bu barədə “RİA Novosti”-yə Ümumi Əmək Konfederasiyasının (UD-CGT) həmkarlar ittifaqının Paris bölməsinin baş katibi Benua Marten məlumat verib.

"Bu məsuliyyətsiz seçimdir, qurğuşun çox təhlükəlidir və həm yenidənqurma işçiləri, həm ətraf ərazilərin sakinləri, həm də kafedralın ziyarətçiləri üçün risk yaradır,"- Marten deyib.

Marten deyib ki, 2019-cu ildə kafedralın tavanı 400 kq qurğuşun yanmasına səbəb olan yanğından sonra valideyn birlikləri tərəfindən aparılan sınaqlar yaxınlıqda yaşayan uşaqlarda qurğuşun səviyyəsinin yüksəldiyini göstərib. 2022-ci ildə saturnizm (qurğuşun zəhərlənməsi) xəstəsi olan valideynlər və xəstələr birlikləri "üçüncü şəxslərin təhlükəsinə məruz qalma" maddəsi ilə Regional Səhiyyə Agentliyinə, Mədəniyyət və Səhiyyə Nazirliyinə qarşı iddia qaldıraraq şöbələri səhlənkarlıqda ittiham etdilər.

Almaz Həsənli

Seçilən
8
2
oxumeni.az

10Mənbələr