AZ

MDB və Aİİ baş nazirlərinin iclası Moskvada keçiriləcək

Bakı, TurkicWorld

Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) baş nazirlərinin iclasları dekabrın 12-13-də Moskvada keçiriləcək.

TurkicWorld-in məlumatına görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti açıqlama yayıb.

Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin baş nazir səviyyəsində keçiriləcək Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının və Avrasiya Hökumətlərarası Şurasının iclaslarında iştirak edəcək.

Rusiyanın sədrliyi ilə keçiriləcək MDB baş nazirlərinin iclasında əsas müzakirə mövzusu, birlik məkanında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi olacaq.

Avrasiya Hökumətlərarası Şurasının iclasında isə Avrasiya iqtisadi inteqrasiyasının dərinləşdirilməsi məsələləri müzakirə olunacaq. Xüsusilə energetika, sənaye sahəsində əməkdaşlığın artırılması və elektron ticarətin inkişafına diqqət yetiriləcəyi bildirilib.

Xatırladaq ki, Aİİ-nin üzvləri arasında Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan var və eyni zamanda onlar MDB-nin üzvləridir. MDB-nin tərkibində isə hazırda doqquz ölkə fəaliyyət göstərir: Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan.

Seçilən
23
3
turkic.world

6Mənbələr