AZ

MDB Baş nazirləri Moskvaya toplaşır

Image

Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) baş nazirlərinin iclasları dekabrın 12-13-də Moskvada keçiriləcək. Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb. "2024-cü il dekabrın 12-13-də Moskvada Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının və Avrasiya Hökumətlərarası Şurasının iclaslarında iştirak edəcək", - məlumatda qeyd olunur. MDB baş nazirlərinin görüşü Rusiyanın sədrliyi ilə keçiriləcək. Gündəlikdə birlik məkanında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri var.

Mətləb Salahov






Seçilən
14
3
baki-xeber.com

6Mənbələr