AZ

Günəşdə güclü partlayış qeydə alındı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Alimlər dekabrın 10-da Günəşdə M yüksəksinifli güclü partlayış qeydə alıblar.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən məlumat verilib.
"Dekabrın 10-da Moskva vaxtı ilə saat 09:48-də (Bakı vaxtı ilə 10:48 - red.) rentgen diapazonunda 19 dəqiqə davam edən M6.4 partlayışı qeydə alınıb. Partlayış qısadalğalı radiorabitənin kəsilməsi ilə müşayiət olunub", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalarının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində kvadratmetrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit fırtınaları yarada bilir.
Seçilən
9
50
oxu.az

10Mənbələr