Suriyanın paytaxtı Dəməşqdə güclü partlayışlar baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Suriyadakı mənbə məlumat verib.
Livanın “Əl Manar” telekanalının məlumatına görə, şəhər İsrail tərəfindən atəşə tutulub. Xüsusilə Suriya Hərbi Hava Qüvvələrinin Dəməşqin 40 km şimal-şərqində yerləşən Dumeyr bazası hücuma məruz qalıb.