AZ

Siyasi-analitik: Türkiyə Suriyada çox yaxşı oyun oynadı...

Suriyada 53 illik Əsəd rejimi süqut etdi...

Kənan Novruzov: “Türkiyə zamanlama olaraq çox yaxşı zaman seçdi. Həm Rusiyanın, həm də İranın başı başqa prioritet istiqamətlərə qarışmışdı”.

“Bundan sonra Türkiyənin nə İranla, nə də Rusiya ilə münasibətləri pisləşəsi deyil”.

Bu sözləri siyasi-analitik Kənan Novruzov Suriyada Əsəd rejiminin devrilmə səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Suriyada 53 illik Əsəd rejimi süqut etdi. 1971-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Hafiz Əsədin qurduğu avtoritar sistem “Heyət Təhrir əş-Şam” (HTŞ) və Suriya Milli Ordusuna (SMO) bağlı sünni qruplar tərəfindən devrildi. Bəşər Əsəd isə ailəsi ilə birlikdə Rusiyaya sığınmaq məcburiyyətində qaldı.

Əsəd rejiminin devrilməsinin hansı səbəbləri var idi və nədən İran, o cümlədən Rusiya Bəşər Əsəd hakimiyyətini qoruya bilmədilər?

Suriyada baş verən hakimiyyətin çevriliş hadisəsini Poliqon-un əməkdaşı siyasi-analitik Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Bu da o deməkdir ki, Suriyadakı proseslər artıq Rusiya ilə razılaşdırılmışdır”.

Geosiyasi müstəvinin böyük şahmat taxtası olduğunu xatırladan analitik bildirib ki, Türkiyə də böyük şahmat taxtasında çox ciddi oyun oynadı:

“Türkiyə Suriyada çox yaxşı oyun oynadı. Ümumiyyətlə, Türkiyə zamanlama olaraq çox yaxşı zamanı seçdi. Həm Rusiyanın, həm də İranın başı başqa prioritet istiqamətlərə qarışmışdı. İran daha çox İsraillə mümkün qarşıdurmaya köklənmişdi, Rusiyanın isə prioriteti Ukrayna istiqaməti idi. Türkiyə də bundan istifadə etdi.

Qeyd edim ki, Türkiyə bir neçə dəfə Əsəd rejiminə əl uzarmışdı. Amma onların bu cəhdi boşa çıxmışdı.

Əsəd rejiminin devrilməsinin müxtəlif səbəbləri var.

Birincisi, Əsəd rejimininə lazımı dəstək verilmədi.

İkincisi, Əsəd rejimi uzun illər oradakı insanlara zülm etmişdi və artıq buna son qurulmalı idi.

Üçüncüsü, mövcud siyasi konyunktura düzgün qiymətləndirilmədi.

Bundan sonra Türkiyənin nə İranla, nə də Rusiya ilə münasibətləri pisləşəsi deyil. Bir məqamı qeyd edim. Məsələn, Suriyadakı proseslərdən dərhal sonra Ərdoğan Qaziantepdə çıxış etdi və dedi ki, dünyada iki lider qalıb: Mən və Putin. Bu da o deməkdir ki, Suriyadakı proseslər artıq Rusiya ilə razılaşdırılmışdır. Rusiya da başa düşürdü ki, Suriyada qalmaq əvəzinə, o qoşunları Ukraynaya çəkmək daha sərfəlidir. Buna görə də, Rusiya proseslərə çox müdaxilə etmədi.

Nəzər almalıyıq ki, geosiyasi müstəvi böyük şahmat taxtasıdır. Türkiyə də böyük şahmat taxtasında çox ciddi oyun oynadı”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
22
24
poliqon.info

10Mənbələr