AZ

Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının açılış mərasimi olub

Bu gün Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə SDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının (NASCO XXVII) plenar iclası keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, konfrans elm və təhsil naziri Emin Əmrullayevin, respublikamızın tanınmış ali təhsil müəssisələrinin rektorlarının, görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, doktorantların və gənc tədqiqatçıların iştirakı ilə keçirilir. 

Tədbirdə giriş nitqi ilə çıxış edən SDU-nun  rektoru dosent Rüfət Əzizov elmi konfransın SDU-da keçirilməsindən məmnunluğunu bildirib. 

Onun sözlərinə görə, konfransa edilən müraciətlər arasında mühəndislik, daha sonra iqtisadiyyat, pedaqogika, psixologiya, təbiət elmləri və s. ilə bağlı istiqamətlər çoxluq təşkil edib. Konfansda iştirak üçün 482 nəfər müraciət edib, 287 tezis daxil olub, onlardan 251-i qəbul olunub. Konfransa ümumilikdə 44 təhsil müəssisəsindən tezis daxil olub və qiymətləndirmədən keçib. Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və başqa universitetlərdən edilən müraciətlərin sayı çox olub. Rüfət Əzizov elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb və bu istiqamətdə Sumqayıt Dövlət Universitetində aparılan yeniliklər, tədris olunan ixtisaslar və tələbə-məzunların əmək bazarındakı fəaliyyəti ilə əlaqədar görülən işlər, həyata keçirilən layihələrdən bəhs edib. Diqqətə çatdırıb ki, bu gün ölkəmizin sənaye mərkəzi hesab edilən Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti sənaye şəhərinin bilik və təcrübə mənbəyinə çevrilir. 

Emin Əmrullayev bu cür tədbirlərin elm sahəsində möhkəm və uğurlu bir ənənə formalaşdırdığını və gənc alimlərə böyük imkanlar yaratdığını qeyd edib.

Ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində bir sıra mühüm və uğurlu addımlar atıldığını qeyd edən nazir bildirib ki, bu gün müasir təhsil infrastrukturunun yaradılması, universitetlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi bu sahədəki əsas prioritetlərdəndir.    Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Konfrans dekabrın 11-də başa çatacaq.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/2a720a9b-dce6-4015-b6ac-f878fee9817d_01-12.10.24-01.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/5d6f4320-c425-4290-bf71-891f11e55669_01-12.10.24-02%20(1).jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/1acb950d-7aa3-4729-9e01-0e8c025c95bb_01-12.10.24-02a.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/c41ded96-6014-417e-a6c2-2713ce50febd_01-12.10.24-0.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/fc41ed49-bca4-46b0-87f9-8fc97e081935_01-12.10.24-04.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/bf754a14-c900-48a1-b032-68ad39359429_01-12.10.24-03.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/116f8844-31de-4292-a65a-c4f534924532_01-12.10.24-05.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/a4187fc7-6cda-4681-b78a-871880975eec_01-12.10.24-06.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/e6d2e98a-71d8-4bb0-b015-e9b4977164af_01-12.10.24-07.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/37a53cfa-8d15-423f-ae07-e4728fa39fd5_01-12.10.24-07a.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/d24c4519-ea60-4986-8b03-a01eae5feafd_01-12.10.24-08.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/f4cd978f-658b-4ed1-8316-fbb15516b817_01-12.10.24-09.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/3a98f119-f840-4df7-9665-db46ff6f08a2_01-12.10.24-09a.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/ad7cb859-5ddb-47c1-80e8-480ce6d8b410_01-12.10.24-010.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/dcda4d4d-1d34-4976-abd9-d4b9e79a7408_01-12.10.24-011.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/143d32cc-fe23-491b-b2b6-596fd1919e66_01-12.10.24-013.jpg

 

 

 

 

Seçilən
18
7
tehsil.biz

10Mənbələr