AZ

Türkiyə-Ermənistan sərhədində görüş: Dəmir yolu açılır?

Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir sıra qurumlarının nümayəndələrinin görüşü baş tutub. Amma həmin günlərdə tərəflər görüş barədə rəsmi məlumat verməyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan da radioya görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib, sadəcə bildirib ki, görüşdə dəmir yolu ilə sərhəd keçidini təmin edəcək texniki ehtiyaclar qiymətləndirilib.

“Görüş müsbət və konstruktiv atmosferdə keçib”, - Rubinyan əlavə edib.

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç yayda keçirdikləri son görüşdə Gümrü-Qars dəmir yolu ilə bağlı texniki tələbləri birgə qiymətləndirmək barədə razılığa gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
19
36
teleqraf.com

10Mənbələr