Fransa ordusu Çaddan geri çəkilməyə başladığını bildirib.
Bu barədə \"Reuters\" məlumat yayıb.
Qeyd edilib ki, Fransa ordusu yerli hakimiyyət orqanlarının müdafiə sahəsində əməkdaşlığı dayandırdıqlarını bildirməsindən cəmi iki həftə sonra Çaddan geri çəkilməyə başlayıb.
\"Associated Press\" də Fransanın 2 \"Mirage\" döyüş təyyarəsini Çaddan çıxardığını bildirib.
Qeyd edək ki, noyabrın 29-da Çad Xarici İşlər Nazirliyi Fransa ilə müdafiə sahəsində əməkdaşlıq sazişinə xitam verildiyini açıqlayıb.
///apa