Fransa öz qoşunlarının Çaddan çıxarılmasına başlayıb.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, proses ölkənin paytaxtı olan N'Camenada yerləşən iki hərbi təyyarənin geri qaytarılması ilə start götürüb.
Fransa ordusu bu addımı Çad Respublikasının Parislə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini dayandırdığını elan etməsindən iki həftə sonra atıb.
Regionda islamçı yaraqlılara qarşı mübarizədə Qərbin müttəfiqi olan Çad hökuməti gözlənilmədən noyabrın 28-də Fransa ilə müdafiə sahəsində əməkdaşlıq paktını dayandırıb.
Musavat.com