Bakı. Trend:
Suriya silahlı müxalifətinin komandanlığı Deyr əz-Zor şəhərinintam nəzarəti altına alındığını elan edib.
Trend-inməlumatına görə, bu barədə Hərbi Əməliyyatlar İdarəsi (silahlıbirləşmələrin rəhbər orqanı) öz "Telegram" kanalında yazıb.
"Qüvvələrimiz bütün Deyr əz-Zor şəhərini nəzarətə götürüb", -deyə bildirilib.
Xatıraladaq ki, “Həyat Təhrir əl-Şam” qruplaşmasının başçılıqetdiyi üsyançılar noyabrın 27-də Suriyanın şimalında, o vaxtkıqismən nəzarətdə olan İdlib əyalətindən hücuma başlayıb. Hücumdaonlarla yanaşı Suriya Milli Ordusunun ayrı-ayrı bölmələri dəiştirak edib.
Silahlılar bir neçə gün ərzində bütün İdlib vilayətini vəölkənin ikinci böyük şəhəri olan Hələb şəhərini ələ keçirib.
Dekabrın 5-də Suriya ordusu Suriyanın əhalisinin sayına görəbeşinci şəhəri olan Həmanı tərk edib. Dekabrın 6-da ABŞ-nindəstəklədiyi Suriya Demokratik Qüvvələri Suriyanın şimal-şərqindəkiDeyr əz-Zor şəhərini ələ keçirib. Dekabrın 8-nə keçən gecə hökumətəleyhinə qüvvələr Dəməşqə daxil olub. Suriya prezidenti Bəşər Əsədölkənin paytaxtını təyyarə ilə tərk edib.