AZ

Azərbaycanın qələbələri Qərbin maskalarını çıxardı – Elşən Musayevin yazısı

BDU-nun hüquq fakültəsində təhsil alarkən bizə “Cinayət hüququ” fənnini tədris edən Rauf Şəmsizadə (həyatdadırsa, Allah can sağlığı versin) bir dəfə auditoriyada çox maraqlı bir ritorika sərgilədi: “Belə admı olar? - Cinayət hüququ?! Adın özü belə qüsurludur. Necə yəni, cinayət hüququ? Bu, cinayət etmək hüququ anlamına gəlmirmi? Ay uşaqlar, hüququn sahəvi istiqaməti olan “cinayət hüququ” sizcə elə adından başlayan problemlə müşayiət olunmurmu?”

İndi onun sözü olmasın, Qərbin bəzi “tezis yazanları”və Avropanın diplomatiyadan başqa hər işlə məşğul olan bəzi səfirləri də deyəsən “cinayət hüququ”nu və ümumilikdə cinayət anlayışını hərfi mənada əxz ediblər. Hər halda belə olmasaydı faktlarla, sübutlarla ifşa olunan kəslər, jurnalist, hüquq müdafiəçisi, müstəqil politoloq qiyafəsində qəfil peydahlanan və yüz oyundan çıxan agentlər, öz dövlətinə qarşı casus rolunu icra etməyə şüurlu şəkildə razılıq verən anti-milli ünsürlər,  xaricdən ötürülən pulları bəlli tapşırıq qarşılığında yaramazca, nakişicə, namərdcə əridənlər həmin qüvvələr tərəfindən bu qədər “əzm” və inadkarlıqla müdafiə olunmazdı...

Qarabağdakı qələbəmiz onsuzda bir çoxlarının başına yekə bir daş salmışdı. COP29 isə həmin yaralı başların üzərinə yekə bir qaya parçası atdı. Ona görə başlar daşlaşdı, gözlər daha da çaşlaşdı, səbrlər, əsəblər tarımlaşdı.

İndi daha “oynamırlar”, maskalarını çənələrinə qədər endiriblər, mimikalarını, riyakar sifətlərini, quzğun baxışlı gözlərini gizlətmirlər. Sətiraltı ya da açıqca deyirlər ki, sizin inkişafınızı, qələbələrinizi, müstəqilliyinizi həzm edə bilmirik!

Ən böyük nonsens isə budur ki;

27 saatlıq uçuş məsafəsində, Okeaniyada, dünyanın ən uzaq nöqtəsində qərarlaşan ada dövlətini 21-ci əsrdə hələ də müstəmləkə kimi tabeliyində, daha dəqiq desəm: məngənəsində saxlayanlar bizə insan hüquqlarından dərs keçmək iddiasına düşüblər! 

Ştatlarının üçdə birində bu günə qədər hələ də ölüm hökmünü qüvvədə saxlayanlar bizə “insani rəftar” və “humanitar normaların tətbiqi” barəsində leksiya oxumaq istəyirlər!

BMT-nin çıxardığı (üstəlik, qeyd-şərtsiz, imperativ xarakter daşıyan!) yekun Qətnamələri görməzdən keçən, beynəlxalq hüququ 1975-ci ildə, Helsinkidə müəyyənləşən ana prinsipləri ilə bərabər gedər-gəlməzə göndərən, ATƏT-in Minsk Qrupunu turistik təsisat kimi yaradan, erməniyə 30 il boyunca “gözün üstdə qaşın var” deməyən,  siyasəti alver, mənəvi dəyərləri alqı-satqı predmetinə çevirən, az qala bütün planeti qan çanağına döndərən qüvvələr bizə demokratiya, ədalət, düzgünlük haqda trenninq keçmək istəyirlər.

Üstəlik, 5 manata kirayələdikləri xam və diletant cücələr, muzdlular vasitəsilə! 

Amerikada mükafat paylayanlar....Belə özünüz necəsiniz e?!

“Müəllim” deyəsən gəlib çıxa bilmədi, hə?

“Aldım qoz, satdım qoz, göndərmək istədiyimi (tərs sillə ilə) geri təhvil aldım qoz, adamla şəkil çəkdirmək əvəzinə stul başında yalnızca verdim poz – oyyy...yenə də qoz” söhbəti oldu sanki...

Deyilmi?

 Belə

Elşən Musayev,
Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri

Seçilən
2
2
musavat.com

10Mənbələr