AZ

Heydər Əliyev tarixin böyük bir kəsimində yeri olan şəxsiyyətdir - ÖZƏL

"Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin böyük bir kəsimində yeri olan, iz buraxıb getmiş böyük şəxsiyyətdir". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib:

"Onun istər sovet dönəmindəki, istərsə də müstəqillik dönəmindəki rəhbərliyi zamanı Azərbaycanın sürətli inkişafı, daha sürətlə irəli getməsi ilə xarakterizə olunur. Özəlliklə də müstəqillik dövründə, 1993-cü ildə Əbülfəz Elçibəyin dəvəti və xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev Azərbaycanı xaosdan çıxarmağı bacarması ilə  yadda qaldı. Yəni hamımız xatırlayırıq, o dövrdə həqiqətən də Azərbaycanın bir dövlət kimi yox olma riski vardı. Amma Heydər Əliyevin hakimiyyətə qayıtması o riski yox etdi, bəlli bir müddətdən sonra ölkə daxilində sabitlik yavaş-yavaş bərpa edildi, iqtisadi inkişafa yol açıldı, bugünkü qüdrətli Azərbaycanın təməlləri atıldı və 2003-cü il dekabrın 12-də dünyasını dəyişdiyi dövrədək Heydər Əliyev demək olar ki, qısa bir müddətə Azərbaycanı ayaq üstə qoya bildi və güclü təməlləri atılmış Azərbaycan sonrakı mərhələdə, yəni 2003-cü  ilin oktyabrında İlham Əliyevin prezident seçilməsi ilə daha sürətlə irəli çıxa bildi və bu gün bizim həvəslə, sevə-sevə dilə gətirdiyimiz böyük uğurlar da məhz ona bağlıdır. O proseslərə, Ulu Öndərin müdrikliyinə, uzaqgörənliyinə bağlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr