AZ

Ramiz Tatarov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarov yenidən məhkəməyə müraciət edib.

APA xəbər verir ki, o, vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət edib.

Bu gün bununla bağlı iclastəyin olunsa da, proses təxirə salınıb.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il, onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Nizaməddin Quliyev koronavirusa yoluxaraq 2021-ci il sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.

Apellyasiya Məhkəməsi R. Tatarovun həbs müddətini 3 ay azaldıb. Ali Məhkəmə isə təyin olunmuş cəzanı ağır hesab edib, cəzanı azaldılaraq 6 ilə endirib. Onun cəza müddəti gələn ilin sonlarında başa çatacaq.

Xatırladaq ki, N. Quliyevə və R. Tatarova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham ittiham irəli sürülmüşdü.

Seçilən
5
3
apa.az

4Mənbələr